Çap

LG Qapalı dövrə TV (CCTV sistemləri)

 

 

 

 

 

Qapalı dövrə TV sistemləri qapınızı döyən və ya katibənizin yanında sizinlə görüşmək üçün gözləyən şəxsi görmək istəyindən başlayaraq istənilən ölçüdəki təhlükəsizlik, işçi heyətinə nəzarət, istehsala nəzarət tətbiqləri və sənaye təchizatlarının avtomatlaşdırılmış həllərinə qədər həll yolları tapan elektron təhlükəsizlik sistemlərinin əsasıdır.

Sistem əsas prinsip olaraq “bir mərkəzdən bir çox yerin vizual olaraq yoxlanılması, əldə edilən təsvirlərin qeyd edilməsi və yerli network və ya internetdə canlı təsvir və ya əvvəlki qeydlərin izlənməsi” məqsədi ilə istifadə olunur.

                                                                  

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qapalı dövrə TV sistemlərinin əsas məhsulları kameralar, linzalar, seçici və qeyd edici məhsullar ilə izləmə monitorlarıdır.

İstifadə etmə məqsədinə görə müxtəlif kamera növləri mövcuddur. Kibrit qutusu böyüklüyündə board (lövhə) kameralar və qələmin ucu qədər pin hole (ştift oyuq) linzalı siqnal və ya yanğın detektoru təsvirli kameralardan başlayaraq sürətli, infrared (infra-qırmızı) işıqlı gece kameraları, peşəkar tipli təhlükəsizlik kameraları və ən üstün seriya olan ağıllı speed dome (sürətli günbəz) kameralarına qədər uzanır.

  Kameraları bir birindən ayıran əsas texniki xüsusiyyətlər: təsviri qəbul edən ccd chip qrupu və böyüklüyü, tv sətir sayının həll ediciliyi, pixel (şəkil əmələ gətirmə nöqtəsi) sayı, obyekt üzərindəki minimum işıq həssaslığı, arxa planda işıq tarazlayıcı strukturu, elektron işıq yoxlama sürəti, siqnalın gurultu nisbəti və video qazanc yoxlaması olaraq sıralanır. Bu xüsusiyyətlər kameranın strukturunu, qrupunu və hansı şəraitdə istifadə olunacağını müəyyən edir.

 

Kamera aksesuarları olaraq kameranın yerləşdiyi yer və görəcəyi məkana uyğun olaraq seçiləcək linzalar və qoruma qutuları mövcuddur. Linzalar işıq yoxlama metodları və görməyə əsasən qruplaşdırılır. Ümumiyyətlə daxili şəraitdə manuel işıq yoxlamalı linzalar istifadə olunarkən, işığın dəyişkən olduğu xarici şəraitli tətbiqlərdə avtomatik işıq yoxlamalı linzalardan istifadə olunur.     Qoruma qutularında isə IP54 standartlarında daxili məkan modellərindən başlayaraq IP65, IP66, IP67 standartlarına çatan xarici şəraitdə qoruma qutuları ilə dəniz şərtlərinə davamlı ・marine finish・ tipli, ağır sənaye tipli və güllə keçirməz şüşəli xüsusi modellərə qədər dəyişən bir seriya mövcuddur.

  Yoxlama mərkəzlərində isə qapalı dövrə TV sistəmlərində istifadə  olunan kamera sayı və tipi ilə sistemə neçə mərkəzdən neçə monitorla nəzarət ediləcəyi müəyyən olunaraq təchizat layihəsi hazırlanır.

  Təsvirlərin qeyd edilməsi və izlənməsi üçün hard disk üzərində qeydiyyat aparan, müstəqil idarəetmə sistemi olan sənaye tipli rəqəmsal qeydiyyat cihazlarından (DVR) istifadə olunur. Çox sayda rəqəmsal qeydiyyat cihazı (DVR) eyni anda bir yoxlama klaviaturası ilə istifadə oluna bilər və hərəkət/ zoom xüsusiyyətli speed dome kamera yoxlamaları yenə eyni klaviatura ilə aparıla bilər.

Rəqəmsal qeydiyyat cihazları ilə mövcud network şəbəkəsinə bağlanaraq birdən çox şəxsin canlı təsvirləri və əvvəlki qeydlərinin əldə edilməsi təmin olunur. Statik İP-li ADSL xətt vasitəsiylə internetlə təsvir köçürülməsi də standart bir tətbiqdir.

İri həcmli qapalı dövrə TV sistemlərində isə çox sayda kameranın yoxlanılması üçün Matrix seçicilərdən istifadə olunur. Bu məhsullar modulyar və genişlənə bilən mikro prosessor strukturları ilə yüzlərlə kameranın yüzlərlə monitordan izlənməsi, mütəhərrik kameraların yoxlamaları və sistem istifadəçilərinin fərqli səlahiyyət səviyyələri ilə sistemdən istifadə etmələrinə imkan verir.

Hər tip və böyüklükdəki qapalı dövrə TV sistemi təcrübəli TAC TECHNO CENTER mühəndisləri tərəfindən LG-nin çox geniş peşəkar məhsul yelpiyi içərisindən seçilir, ən mükəmməl şəkildə layihələnir və tətbiq olunur.

  

View the embedded image gallery online at:
http://www.lgsecurity.az/#sigProGalleria9ccfbeff5e

 

 

 

 

 

 

 

Tac Techno Center | LG | Copyright © 2013